Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Milli Məclisdə Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyət verilməsi təklif olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı danışıb.
O qeyd edib ki, bununla əlaqədar qanun layihəsi qəbul oluna bilər.
"Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə onları məsuliyyətdən azad etmək səlahiyyəti verən qanunun qəbul olunmasını təklif edirəm", - deputat vurğulayıb.
Oxşar xəbərlər
Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY
"Əgər Gümrüdəki hərbi baza Ermənistana lazım deyilsə, biz günü sabah gələ bilərik. Amma Ermənistan buna hazırdırmı?". BAKU.WS Baku TV-yə istinadən bildirir ki,...