Milli Məclisin şöbə müdiri işdən çıxarıldı

Milli Məclisin şöbə müdiri işdən çıxarıldı
Siyasət 1502

Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov vəzifəsindən azad olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, L.Hüseynov başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxarılıb.

Həmin şöbəyə Mirhəşim Seyid müdir təyin olunub. O, əvvəllər Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini işləyib.

İndiyə qədər parlamentin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri olan Fuad Məmmədov şöbə müdirinin müavini təyin edilib.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev dekabrın 30-da yeni şöbə müdirini və müavinini kollektivə təqdim edib.

Xatırladaq ki, oktyabrın 11-də Strasburqda Avropa ŞurasıParlament Assambleyasının plenar sessiyası çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi baş tutub. Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov Azərbaycanın Avropa Məhkəməsindəki hakimi seçilib. O, vəzifəsinin icrasına 2017-ci ilin yanvarında başlayacaq.

Azərbaycanı 2003-ci ildən Avropa Məhkəməsində Xanlar Hacıyev təmsil edir.

BAKU.WS

Oxşar xəbərlər

Taksilərlə bağlı yeni qadağalar - 50 manat cərimə

Taksilərlə bağlı yeni qadağalar - 50 manat cərimə

Azərbaycanda taksilərlə bağlı yeni qadağalar tətbiq ediləcək. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitə...

2365 Sosial 11:59 05 dekabr 2016

Son xəbərlər