Milli Məclisdə deputatlar arasında mübahisə düşdü: “Çox danışırsan”

Milli Məclisdə deputatlar arasında mübahisə düşdü: “Çox danışırsan”
Siyasət 1151

Azərbaycan Milli Məclisinin bugün keçirilən plenar iclasında mübahisə yaranıb.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu, deputat Zahid Orucun məhkəmələrə hakim təyinatı layihəsi ilə bağlı çıxışı zamanı baş verib.

Z.Oruc çıxış edərkən deputat Yevda Abramov “Çox danışırsan” replikasını atıb.

Z.Oruc da deputat həmkarına “Yevda müəllim, Sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin”-deyə cavab verib.

Spiker Oqtay Əsədov isə Z.Oruca çıxışını davam etdirməyi tövsiyə edib: “Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil”.

BAKU.WS

Oxşar xəbərlər

Oqtay Əsədov: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”

Oqtay Əsədov: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.“Report” xəbər verir ki, iclasda “Uşaqların zərərli...

4519 Siyasət 14:13 16 oktyabr 2018

Son xəbərlər