Mikayıl Cabbarov Lionel Rapay ilə müzakirələr aparıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Avropa İnvestisiya Bankının direktoru Lionel Rapay ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:
"İnvestisiyaları, iqtisadi artımı və məşğulluğu stimullaşdırmaq məqsədilə biznes subyektlərinə dəstək, infrastruktur layihələri çərçivəsində əməkdaşlıq və birgə fəaliyyətin səmərəliliyinin artırılması imkanları barədə fikirlərimizi bölüşdük".
Avropa Yenidənqurma və İnkişaf Bankının (@EBRD) İllik Toplantısı çərçivəsində Avropa İnvestisiya Bankının (@EIB) direktoru Lionel Rapay ilə görüşdük. İnvestisiyaları, #iqtisadi artımı və məşğulluğu stimullaşdırmaq məqsədilə #biznes subyektlərinə dəstək, infrastruktur layihələri… pic.twitter.com/afG2yhPGkk
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 14, 2025
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsini...