Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin üzləşdiyi çətin vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevə nümayiş etdirdiyi dəstəyə görə təşəkkür edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib.
Məsud Pezeşkian Azərbaycan Prezidenti ilə görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırladıb, İranın üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb, bütün bunlara görə bir daha minnətdarlığını bildirib.
Əlaqələrin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.
Məsud Pezeşkian iki ölkə arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayaraq İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq niyyətində olduğunu deyib.
Oxşar xəbərlər
İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüşü zamanı maraqlı dialoq yaşan...