Məşhur amerikalı aktrisaya xərçəng diaqnozu qoyuldu - FOTO

Məşhur amerikalı aktrisaya xərçəng diaqnozu qoyuldu - FOTO
Foto
Siyasət 1

“Batman və Robin”, “Ümidsiz oğlanlar” kimi filmlərdə rol alan amerikalı supermodel və aktrisa Kristi Brinkli keçirdiyi ağır xəstəlikdən danışıb.

BAKU.WS unian-a istinadən xəbər verir ki, həkimlər ona dəri xərçəngi diaqnozu qoyublar.

Məlumata görə, 70 yaşlı qadının üzündə bədxassəli şiş aşkarlanıb və onu təcili çıxarmaq lazım gəlib.

Kristi artıq əməliyyat olunub və əməliyyatın nəticələrini göstərən xəstəxanadan fotoları instaqram səhifəsində yerləşdirib.

"Mənim üçün yaxşı xəbər odur ki, həkimlər bazal hüceyrəli xərçəngi erkən aşkarladılar. Və mənim gözəl mütəxəssislərim var idi ki, xərçəngi götürüb üzümü mükəmməl şəkildə tikdilər".

O, xəstəliyini qızı ilə müayinəyə gedəndə təsadüfən öyrənib.

Həkim böyüdücü şüşə ilə üzümdəki çillərə baxdı... Müayinəyə, mənim üçün gəlməmişdik, ona görə də heç nə soruşmaq fikrində deyildim. Ancaq sonda makiyajımı edərkən hiss etdiyim kiçik nöqtə haqqında soruşmaq qərarına gəldim. Baxdı və dərhal biopsiya lazım olduğunu anladı. O, bunu dərhal tələb etdi”.

Son xəbərlər