Kevin Speysi müflis olub
Yeniliklərdən dərhal xəbərdar olun
Hollivud ulduzu Kevin Speysi milyonlarla dollar borcu olduğunu deyib.
BAKU.WS xarici KİV-ə istinadə xəbər verir ki, aktyor borclarına görə evindən də məhrum olub. O bu barədə qatıldığı verilişlərdən birində açıqlama verib. Aktyor göz yaşları içində müflis olduğunu deyib.
"İndi harada yaşayacağımı bilmirəm. Evim hərraca çıxarılıb. Mən Baltimora qayıtmalı və əşyalarımı anbara yerləşdirməliyəm.
Əvvəl orada yaşayırdım. 2016-cı ildən bu evdə yaşayıram, amma xərcləri qarşılaya bimirəm. Hələ də milyonlarla dollar borcum var".
Xatırladaq ki, Speysi 2005-2013-cü illər arasında Qlosterşirdə dörd kişiyə qarşı cinsi təcavüz də daxil olmaqla 12 cinayətə görə İngiltərədə mühakimə olunmuşdu.
Oxşar xəbərlər
Hollivud aktyorlarını ulduz edən kiçik rolları - FOTO - SİYAHI
Dünyaca məşhur Hollivud ulduzları bir zamanlar karyeralarına kiçik rollarla başlayıblar. Onlar bu rollarla diqqət çəkməyi bacardıqdan sonra yavaş-yavaş məşhurla...