Hollivud aktyorlarını ulduz edən kiçik rolları - FOTO - SİYAHI

Hollivud aktyorlarını ulduz edən kiçik rolları - FOTO - SİYAHI
Siyasət 136

Dünyaca məşhur Hollivud ulduzları bir zamanlar karyeralarına kiçik rollarla başlayıblar. Onlar bu rollarla diqqət çəkməyi bacardıqdan sonra yavaş-yavaş məşhurlaşıblar.

BAKU.WS xarici KİV-ə istinadən oynadıqları kiçik rollarla böyük uğur qazanan aktyor və aktrisaların siyahısını təqdim edir:

Emma Stoun

2 "Oskar" mükafatlı aktrisa 2007-ci ildə lentə alınan "Superbad" filmindəki "Culis" rolu ilə Hollivuda ilk addımını atıb.

Bred Pitt

Aktyorun ulduzu 1991-ci ildə çəkilən "Thelma & Louise" filmi ilə parlayıb. Bu rol daha əvvəl Uilyam Baldiun və Corc Kulini kimi aktyorlara təklif edilib.

Bredli Kuuper

2005-ci ildə "Wedding Crashers" filmində rol alan aktyor bacarığı ilə hər kəsi özünə heyran edir. Aktyorluq karyerası ərzində həm də rejissorluq edən Kuper bir çox uğurlu layihələrə də imza atır.

Marqo Robbi

"Barbie" filminin ulduzu Marqo Robbi Hollivuda 2013-cü ildə çəkilən Martin Skorseze imzalı "The Wolf of Wall Street" filmi ilə ilk addım atıb.

Merilin Monro

Hollivudun ikonik ulduzu 1950-ci ildə çəkilən "All About Eve" filmi ilə aktrisalığa başlayıb.

Ana de Armas

Kuba əsilli aktrisa Hollivud dünyasına "Blonde" filmindəki Merlin Monro rolu ilə daxil olub. Lakin "Blade Runner 2049" filmi ilə məşhurlaşıb.

Kevin Kostner

Kevin ilk dəfə 1985-ci ildə çəkilən "Silverado" filmindəki rolu ilə məşhurlaşıb. O "Dances with Wolves", "Robin Hood: Prince of Thieves" və "The Bodyguard" kimi filmlərdə də çəkilib.

Amanda Sayfred

"Mamma Mia!", "Jennifer's Body", "In Time" kimi layihələrdə çəkilən Amanda "Mean Girls" filmindəki kiçik rolu ilə tanınıb.

Son xəbərlər