4 kişiyə təcavüzdə ittiham olunan aktyorla bağlı məhkəmə qərar verdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Oskarlı aktyor Kevin Speysi 2003-2015-ci illərdə London və Qloster şəhərlərində dörd kişiyə təcavüz etməkdə ittiham olunurdu.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı aktyorun günahsız olduğu ortaya çıxıb.
4 həftədir davam edən məhkəmə prosesindən sonra onun günahsız olduğu sübuta yetirilib. Aktyor hər zaman günahsız olduğunu bildirirdi.
Speysi qısa müddət əvvəl verdiyi müsahibələrindən birində xarici mətbuatın onu ictimaiyyətə canavar kimi təqdim etdiyini bildirib:
"Media məni insanlara canavar kimi təqdim etmək üçün əlindən gələni etdi. Amma mən insanlardan sevgidən başqa bir şey görmədim".
Oxşar xəbərlər
Tanınmış aktyor 4 kişiyə təcavüzdə ittiham edilir - FOTO
Oskarlı aktyor Kevin Speysi 2003-2015-ci illərdə London və Qloster şəhərlərində dörd kişiyə təcavüz etməkdə ittiham olunur. BAKU.WS xarici KİV-ə istinadən xəbə...