Tanınmış aktyor 4 kişiyə təcavüzdə ittiham edilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Oskarlı aktyor Kevin Speysi 2003-2015-ci illərdə London və Qloster şəhərlərində dörd kişiyə təcavüz etməkdə ittiham olunur.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı aktyor ötən gün qatıldığı məhkəmədə vəkilləri ilə birlikdə görüntülənib. O, məhkəmədə haqqında irəli sürülən 12 müxtəlif maddəli ittihamların doğru olmadığını açıqlayıb.
Speysi qısa müddət əvvəl verdiyi müsahibələrindən birində xarici mətbuatın onu ictimaiyyətə canavar kimi təqdim etdiyini bildirib:
"Media məni insanlara canavar kimi təqdim etmək üçün əlindən gələni etdi. Amma mən insanlardan sevgidən başqa bir şey görmədim".
Aktyor "House of Cards" serialının baş rolunda çəkilərkən ona sürülən ağır ittihamlar səbəbilə çəkiliş meydanından qovulub.
Qalereya
Oxşar xəbərlər
Trampa qarşı 400 illik həbsi nəzərdə tutan ittihamlar irəli sürülüb
ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı 400 ilik həbsi nəzərdə tutan ittihamlar irəli sürülüb. BAKU.WS "report”a istinadən xəbər verir ki, Florida Cənub D...