Canavar kəndə hücum etdi - 1-i ağır olmaqla 4 nəfər yaralandı - FOTO

Canavar kəndə hücum etdi - 1-i ağır olmaqla 4 nəfər yaralandı - FOTO
Foto
Siyasət 206

Türkiyənin Ərzurum şəhərinin Tortum rayonunda canavar 1-i ağır olmaqla 4 nəfəri yaralayıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, mağarada tapılan canavar kəndlilər tərəfindən ov tüfəngi ilə öldürülüb, hazırda onun quduz olub-olmaması araşdırılır.

Hadisə, 6 uşaq anası Destegül Uğurlunun (52 yaşlı) heyvanları yemləmək məqsədilə evdən çıxıb tövləyə getdiyi zaman baş verib.

Hücum edən canavar Destegül Uğurlunun çənəsini dişləyərək ağır yaralayıb. Canavarla dəqiqələrlə mübarizə aparan qadının imdad fəryadına kənd sakinləri qaçıb.

Qurd daha sonra kənddə daha 3 nəfərə hücum edərək müxtəlif yerlərindən yaralayıb.

Canavarı itləri ilə qovalayan kənd sakinləri mağarada sıxışdırıb. Daha sonra onu ov tüfəngi ilə vuraraq öldürüblər. Hadisədən xəbər tutan polis qrupları da kəndə gəlib.

Vəziyəti ağır olan Destegül Uğurlu çənə əməliyyatı keçirəcək. Hazırda o, həkim nəzarəti altındadır və quduzluğa qarşı lazımi tədbirlər görülüb.

Son xəbərlər