Merkelin təyyarəsi avtomobillə toqquşub - FOTO
14
may
2019
00:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dortmund şəhər aeroportunda Almaniya kansleri Angela Merkelin təyyarəsinə avtomobil çırpılıb."Report" xəbər verir ki, bu barədə Almaniyanın Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb."Hökumət təyyarəsi Dortmundda zərər çəkib. Yerüstü xidmətlərin nəqliyyat vasitəsi dayanacaqda olan "Global 5000" laynerinə çırpılıb", - deyə məlumatda bildirilir.Qeyd olunur ki, bu hadisə səbəbindən kansler təyyarəsini dəyişmək və Dortmunddan Almaniya Müdafiə Nazirliyinin təyyarəsi ilə uçmaq məcburiyyətində qalıb.Hadisə sürücünün avtomobili əl əyləcinə qoymadan tərk etməsi səbəbindən baş verib. Qəza zamanı Merkel təyyarənin salonunda olmayıb.
Qalereya
Oxşar xəbərlər
Angela Merkel Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Almaniya Kansleri Angela Merkel avqustun 25-də Şəhidlər xiyabanını ziyarət edib.Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzü...