Angela Merkel Şəhidlər xiyabanını ziyarət edib

25
avq
2018
14:44
Azərbaycanda səfərdə olan Almaniya Kansleri Angela Merkel avqustun 25-də Şəhidlər xiyabanını ziyarət edib.Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Kansler Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etdi.Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Almaniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.BAKU.WS

Oxşar xəbərlər
Azərbaycan Prezidentinin və Almaniya Kanslerinin geniş tərkibdə görüşü keçirilib
Azərbaycan Respublikasına səfərə gələn Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub.B...