Məmmədyarov Pompeonun iki köməkçisi ilə görüşdü

20
iyn
2019
09:39
Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibinin Avropa və Asiya məsələri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşüb.BAKU.WS xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.Görüş zamanı tərəflər geniş regionda baş verən proseslər, Ermənistan-Azərbaycan münaqişəsi və ikitərəfli əlaqələrə dair geniş fikir mübadiləsi aparıblar.Məmmədyarov daha sonra ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyllə də görüşüb. Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin əsas cəhətləri, əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritet istiqamətlər və son zamanlar əməkdaşlıqda artan dinamika barədə geniş fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Elmar Məmmədyarov Con Boltonla görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşüb.Bu barədə XİN-in m...
