Mehriban Əliyeva Aydın Süleymanlını təbrik edib

13
okt
2019
12:44
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva yeniyetmə şahmatçımız Aydın Süleymanlını Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında qalib olması münasibətilə təbrik edib.BAKU.WS xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir:“Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər.Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”
Oxşar xəbərlər
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlıya təbrik məktubu ünvanlayıb.BAKU.WS xəbər verir ki, məktubda deyilir:"Əziz Aydın,Hindistanda oğlanlar və qızlar...
