Birinci xanım Mehriban Əliyeva müəllimləri təbrik etdi

05
okt
2019
11:43
Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.BAKU.WS xəbər verir ki, təbrikdə deyilir: “Əziz müəllimlərimiz, Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır.Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, gözəl müəllimlərini xüsusi minnətdarlıq hissi ilə xatırlayır. Sizin müdrikliyinizin və səbrinizin layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür. Uşaqlara və gənclərə göstərdiyiniz sevgiyə və məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm.Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.

Oxşar xəbərlər
“Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun” - Mehriban Əliyeva
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib.BAKU.WS xəbər verir ki, təbrik mətni M.Əliyevanın “Ins...
