Medinski üçün xatırlatma

"Azərbaycan xalqının "miatsum" adlı bədxasəli şişdən qurtulması və Qarabağda möhtəşəm qələbəsi, bir tərəfdən bu cür coğrafi-siyasi xəstəlik ocaqlarından necə qurtulmaq üçün nümunə oldu.
Digər tərəfdən isə, bu, əsrlər boyu öz laboratoriyalarında bu cür viruslar yaradan, gizli və bəzən açıq şəkildə onların digər ölkələrdə böyüməsini və yayılmasını stimullaşdıran, qurban kimi seçilmiş ölkələrin separatçı şişlərdən təmizlənməsinə mane olanlar arasında güclü qıcıq yaratdı".
Bu fikirlər "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə səslənir.
Bildirilir ki, müasir Ermənistan dövləti öz mövcudluğunu tamamilə Rusiyanın coğrafi-siyasi "heykəltəraşları"na borcludur. Onlar heç bir əsas olmadan bu dövləti yaradıb, daha sonra onu Azərbaycan torpaqları hesabına böyüdərək ərazisini üç dəfə artırıblar. Bunlar inkar edilməsi mümkün olmayan tarixi faktlardır. Tarixlə manipulyasiya cəhdləri isə həmişə heç də yaxşı olmayan vəziyyətə gətirib çıxarır.
Daha ətraflı "Caliber"in yeni süjetində:
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: "Türk mədəniyyətinin izləri Qafqazda 6 min ildir var"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Orta Tunç dövründə türklər Qafqazdan Altaya...
