Transgender olduğu deyilən boksçu Olimpiyadada finala yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Boksçu İman Xelif gender testi qalmaqalının fonunda Olimpiya oyunlarında finala çıxdı.
BAKU.WS Gazeta.ru-ya istinadən xəbər verir ki, əlcəzairli boksçu İman Xelif Paris Olimpiadasının finalına yüksəlib. Yarımfinal döyüşündə əlcəzairli idmançı Tailanddan olan Cəndcay Suvannaphengi hakimlərin yekdil qərarı ilə məğlub etib. Xelif finalda çinli Yan Liu və Tayvandan olan Nin-Çin Çen ilə qarşılaşacaq.
Qeyd edək ki, Xelif 2024-cü ildə Hindistanda keçirilən Beynəlxalq Boks Assosiasiyasının (IBA) dünya çempionatında gender testindən keçə bilməmişdi. Eyni testi Yu Tin də keçə bilməmişdi. Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi hər iki idmançının oyunlarda iştirakını təsdiqləyib.
1 avqustda İtalyan boksçu Ancela Karini İman Xelifə qarşı döyüşün 47-ci saniyəsində döyüşdən imtina etmişdi. Onun sözlərinə görə, rəqibinin zərbəsindən sonra burnunda güclü ağrı hiss edib, tarazlığını itirib və nəfəs almaqda çətinlik çəkib. 2 avqustda Karini idman karyerasını başa vurduğunu elan edib.
Oxşar xəbərlər
Bütün dünyanın haqqında danışdığı türk nə qədər pul alacaq?
Türkiyəli idmançıların 2024-cü il Olimpiya Oyunlarında medal qazanacağına zəmanət veriləcəyi təqdirdə alacaqları pul mükafatı məlum olub. BAKU.WS Türkiyə mətbua...