Makron İlham Əliyevə zəng etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron yanvarın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
BAKU.WS xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, hər iki tərəf əlaqələrin inkişafından məmnun olduqlarını bildirib, iqtisadi sahədə əməkdaşlığın genişləndiyi vurğulanıb.
Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa Prezidentinə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan-Fransa əlaqələrinin perspektivləri müzakirə edilib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransada işgüzar səfər...