İlon Mask meydan oxudu - qadağaya baxmayaraq istehsala başladı
“Tesla” şirkətinin sahibi İlon Mask avtomobil istehsalına yenidən başlayacaqlarını açıqlayıb.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Mask Tvitterdəki hesabında etdiyi paylaşımda qadağalara meydan oxuyub:
“Mən də bu gün hər kəs kimi meydanda olacağam. Biri həbs edilərsə, o şəxsin özüm olmağını istəyirəm”.
Qeyd edək ki, ildə 415 min avtomobil istehsal edən “Tesla” zavodu koronavirus pandemiyasına görə 23 martdan etibarən fəaliyyətini dayandırıb. San-Fransisko şəhəri yaxınlığında yerləşən zavodda 10 minə yaxın işçi çalışır.
Mask daha öncə də istehsalın başlamasına icazə verilməsini istəmiş, əks təqdirdə zavodu Nevada ştatına daşıyacağı ilə təhdid etmişdi.
Oxşar xəbərlər
Mask bir tvitə görə 14 milyard dollar itirdi
“Tesla” şirkətinin qurucusu İlon Mask Tvitterdə yazdığı bir statusa görə sahibi olduğu şirkət 14 milyard dollar dəyər itirib. BAKU.WS CNN Türk-ə istinadən xəbər...