Ermənilərin Şuşada misli görünməmiş vandallığı (VİDEO)

Ermənilərin Şuşada misli görünməmiş vandallığı (VİDEO)
Video
Siyasət 3441

Erməni vandallarının Şuşada vəhşiliklərinin sübutu olan daha bir foto yayılıb. Fotoda Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun xaraba qalmış ev muzeyi əks olunub. 

BAKU.WS-in məlumatına görə, ANS-in Qızıl Fondunda yer almış kadrlar da bunu sübut edir.  

Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal olunub. Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı. Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb. Bundan başqa 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb.

Şuşada rəsmən qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi var idi. Şəhərdə Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Xan qızı Natəvanın evi, Üzeyir Hacıbəyovun ev-muzeyi (Şuşa) və Vaqif türbəsi yerləşirdi. Qarabağ müharibəsi zamanı Hacı Quluların mülkü, Şuşa Realnı məktəbi, Süleyman Vəzirovun evi və s. ermənilər tərəfindən məhv edilib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər