Şuşanın ən son qış görüntüləri (FOTO)

Şuşanın ən son qış görüntüləri (FOTO)
Şou-biznes 2113

 

Ermənistanın işğal etdiyi Azərbaycanın "şah damarı" sayılan Şuşa şəhərinin yeni fotoları yayımlanıb.

BAKU.WS-in məlumatına görə, fotolarda Şuşanın qarla örtülü füsünkar təbiəti əks olunub. 

Qafqazın musiqi mərkəzi olaraq tanınan Şuşa 23 ildir Ermənistanın işğalı altındadır. Heç bir quruculuq və abadlıq işləri görülməyən və az sayda insanın yaşadığı şəhərin son görüntüləri Şuşanı "kabuslar şəhəri”nə çevirib.

8 may 1992-ci ildə Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.

Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılmışdı.

Şahin Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

23 ildən sonra Şuşada savaş izləri (FOTO)

23 ildən sonra Şuşada savaş izləri (FOTO)

Azərbaycanın işğal olunmuş tarixi torpaqları hazırda xarabalığı xatırladır. BAKU.WS-in məlumatına görə, tarix boyu regionda inkişaf edən böyük şəhərlərdən bir...

1695 Şou-biznes 15:15 05 noyabr 2015

Son xəbərlər