Erməni kanalı Xocalıdan süjet hazırladı (FOTO, VİDEO)

Erməni kanalı Xocalıdan süjet hazırladı (FOTO, VİDEO)
Video
Hadisə 3635

 

Erməni kanalı Xocalı ilə bağlı sujet hazırlayıb.

BAKU.WS-in məlumatına görə, kadrlardan göründüyü kimi Xocalı qəsəbəsinin görüntülərini təqdim edən kanal Xocalı faciəsini ermənilərin Xocalını "işğaldan" azad etdiyi gün kimi təqdim edir.   

Soyqırımı örtbasdır etmək istəyən ermənilər azərbaycanlıların faciə zamanı Xocalını tərk etdiyi görüntüləri də təqdim ediblər. Erməni kanalı zorla öz dədə-baba torpaqlarından çıxarılan azərbaycanlıların görüntülərini yayımlamaqla etnik təmizləmə və işğalı bir növ təsdiq edirlər. 

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban verib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub.

BAKU.WS

Son xəbərlər