Liviyada daşqın nəticəsində ölənlərin sayı artdı

Liviyada daşqın nəticəsində ölənlərin sayı artdı
Siyasət 0

Liviyanın sahilyanı Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 11 300-ə çatıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, daha 20 min nəfər itkin düşüb.

Xatırladaq ki, sentyabrın 10-da "Daniel" siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi 3 günlük milli matəm elan edib.

Son xəbərlər