Litva Rusiya və Belarusla sərhədə "əjdaha dişləri" yerləşdirir
Litva Rusiya və Belarusla sərhədə "əjdahanın dişləri" kimi təqdim olunan tank əleyhinə maneələr və digər müdafiə vasitələri yerləşdirir.
Bu barədə ölkənin müdafiə naziri Laurinas Kasçunas bildirib.
Onun sözlərinə görə, dövlət Litva istehsalçılarından dörd milyon avroya həmin vasitələri alıb. Onlar sərhəd bölgəsində 27 nöqtəyə çatdırılır.
22 avqust tarixində müdafiə vasitələrinin saxlanma yerinin ilk sahəsinin açılışı planlaşdırılıb. Ümumilikdə 27 belə yer olacaq. Lazım gəldikdə maneələr quraşdırılma yerinə çatdırılacaq. Sentyabr ayında Kalininqrad vilayəti ilə sərhəddə fortifikasiya tikintisinə da başlanacaq.
Bundan əvvəl Litva Müdafiə Nazirliyi açıqlayılb ki, sərhədi minalamaq istəmirlər. Kasçunasın sözlərinə görə, minalar zərurət yaranarsa, sərhəddə və ordu bölmələrinin əsas hərəkət yolları ərazilərində quraşdırılacaq.
Oxşar xəbərlər
Litva Vilnüs şəhərinin evakuasiyası planını hazırlayıb
Litva iqtidarı ölkə paytaxtının müdafiəsi üçün plan hazırlayıb, təklif olunan tədbirlər arasında Vilnüs şəhərinin evakuasiyası da var. BAKU.WS “Report”a istinad...