İlin üçüncü Ay tutulması sona çatıb
05
iyl
2020
10:44
Bu ilin üçüncü yarımkölgəli Ay tutulması hadisəsi Bakı vaxtı ilə saat 09:52 sona çatıb.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən məlumata görə, tutulma maksimumu Bakı vaxtı ilə saat 08:31 müşahidə olunub.
Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olub. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünüb.
Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.
Oxşar xəbərlər
Dünyanın ən bahalı kurortları açıqlandı - SİYAHI
Kurort istirahəti çoxlu sayda müxtəlif sosial statuslu insanları daim cəlb edir. İsti dəniz, qızmar yay günəşi və ekzotik meyvələr məzuniyyət keçirmək üçün əla...