İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb - FOTO

İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb - FOTO
Siyasət 1012
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib. BAKU.WS-in məlumatına görə, bu gün Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.BAKU.WS

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb.BAKU.WS-in məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev...

1008 Siyasət 17:47 31 oktyabr 2017

Son xəbərlər