İlham Əliyevdən Qarabağla bağlı şad xəbər - Putin inkar etmədi

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin Qarabağla bağlı bəyanatını şərh etməkdən imtina edib.
BAKU.WS-in məlumatına görə, Azərbaycan prezidenti qeyd edib ki, Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağ rayonlarının bir hissəsini qaytarmağı öz öhdəsinə götürüb.
Jurnalistlər bu bəyanata Putindən münasibət öyrənmək istəyib: "Hər şeydən əvvəl, mən güman edirəm ki, həmkarlarımın fikirlərini şərh etmək mənim vəzifəmə daxil deyil. Mənim fikrimcə, siz dəqiq məlumat əldə etmək üçün bilavasitə bəyanatı verən şəxsə müraciət etməlisiniz", - deyə Putin bildirib.
Eyni zamanda, Rusiya dövlət başçısı qeyd edib ki, danışıqlar kifayət qədər mürəkkəb işin gedişatında baş tutur və bütün aktiv diplomatik vasitələr tətbiq edilir.
BAKU.WS

Oxşar xəbərlər
İlham Əliyev Sergey Lavvrovla Qarabağdan danışdı
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır. BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər nazi...