İlham Əliyev: "Bizdə yanacağın qiyməti dünya qiymətindən üç dəfə aşağıdır"

İlham Əliyev: Bizdə yanacağın qiyməti dünya qiymətindən üç dəfə aşağıdır
Siyasət 1971

 

"Azərbaycan özünü yanacaqla təmin edir. Bizdə yanacağın qiyməti dünya qiymətindən üç dəfə aşağıdır. Əgər benzinin, dizel yanacağının qiymətinə baxsanız görərsiniz ki, Qərb ölkələrindən üç dəfə aşağıdır".

BAKU.WS-in məlumatına görə, bunu 2015-ci ilin yekunlarından danışarkən Azərbaycan prezidenti İlham Əliyev söyləyib. Dövlət başçısı bildirib ki, məhz ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət gedə bilməz. İlham Əliyev vurğulayıb ki, şəhər nəqliyyatı tarifləri - metro, avtobus tarifləri bizdə çox aşağı səviyyədədir.

Prezident vurğulayıb ki, maksimum dərəcədə çalışacağıq ki, bu qaçılmaz qərarın mənfi təsirlərini azaldaq, ilk növbədə, islahatların dərinləşməsi hesabına: "İnzibati tədbirlər görülür və görüləcək. Süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın. Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar".

BAKU.WS

Son xəbərlər