İlham Əliyev Vladimir Putinə ZƏNG ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
BAKU.WS RİA agentliyinə istinadən xəbər verir ki, V.Putin İ.Əliyevlə Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə işlərin intensivləşdirilməsini müzakirə edib. Kreml mətbuat xidmətinin yaydığı məlumata görə, iki ölkə lideri arasında telefon danışığı Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutub.
"Telefon danışığı zamanı Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş naziri arasında 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixində Dağlıq Qarabağla bağlı imzalanmış sənədin praktiki aspektləri nəzərdən keçirilib. Danışıq zamanı Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin bərpası və üçtərəfli formatda işlərin intensivləşdirilməsinə xüsusi diqqət yetirilib", - deyə Kremlin yaydığı məlumatda bildirilir.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...