İlham Əliyev Tokayevə Füzulidə Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkür etdi

"Fürsətdən istifadə edib Qazaxıstan Prezidentinə işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə bir daha təşəkkürümü bildirmək istərdim".
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də Bakıda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatlarla çıxışında bildirib.
"Bu gün həmin mərkəzin təqdimatı keçirildi və biz Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha gördük. Bu təşəbbüsə görə çox təşəkkür edirik. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Əminəm ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq", - dövlət başçısı deyib.
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN - FOTO
Avqustun 24-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomar...
