İlham Əliyev Tərtərdə düşmən raketi düşmüş evin yerində inşa edilən evlə tanış oldu

İlham Əliyev Tərtərdə düşmən raketi düşmüş evin yerində inşa edilən evlə tanış oldu
Siyasət 255

Azərbaycan prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.

BAKU.WS xəbər verir ki, bu, ölkə başçısının Tərtər və Bərdə rayonlarına səfəri zamanı baş verib.

Bununla yanaşı, prezident İlham Əliyev rayon mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb.

Son xəbərlər