İlham Əliyev: "Şuşa əməliyyatı artıq bir dastana çevrilib"
Yeniliklərdən dərhal xəbərdar olun
"Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib".
BAKU.WS xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışındakı çıxışında söyləyib.
“Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları inana bilmirlər ki, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Oxşar xəbərlər
Prezident və xanımı Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak edib - YENİLƏNİB - VİDEO
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğma...