İlham Əliyev Macarıstan prezidentini təbrik etdi

22
okt
2019
16:56
Prezident İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu göndərib.BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub:“Hörmətli cənab Prezident,Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.Azərbaycan-Macarıstan əlaqələri gündən-günə genişlənməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim sülh və firavanlıq diləyirəm”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Zelenskiyə məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Zati-aliləri cənab Vladimir Zelenskiyə məktub ünvanlayıb.BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar...
