İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb

21
yan
2020
21:13
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
BAKU.WS-in məlumatına görə, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulandı.
Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında yüksək səviyyəli görüşlərin münasibətlərimizin möhkəmlənməsində rolu qeyd edildi. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrin önəmi vurğulandı.
Oxşar xəbərlər
İlham Əliyev Davosda Xorvatiyanın Baş Naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb. BAKU.WS xəbər verir...
