İlham Əliyev ATƏT PA-nın prezidentini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Azərbaycanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri mövzusuna toxunulub, seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olduğu bildirilib, bu seçkilərdə xeyli sayda namizədlərin qeydə alınmasının, müşahidəçilərin fəal iştirakının önəmi vurğulanıb, bu proseslər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi kimi dəyərləndirilib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan rəhbərliyi seçki prosesinin ədalətli, şəffaf, Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün lazımi şəraitin yaradılması istiqamətində bütün tədbirləri həyata keçirib.
Qeyd edək ki, ATƏT PA-nın prezidenti seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlib.
Oxşar xəbərlər
ATƏT DTİHB seçki prosesinin bütün aspektlərini izləyəcək
Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təsis etdiyi Seçki Mü...