Lempard yenidən "Çelsi"nin baş məşqçisi olmaq istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
"Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempard yenidən London təmsilçisinin sükanı arxasına keçmək istəyir.
BAKU.WS "report"a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis müvəqqəti olaraq bu vəzifəni yerinə yetirməyə hazırdır.
"Zadəganlar"ın Lempardın namizədliyini ciddi şəkildə nəzərdən keçirdiyi bildirilib. İddiaya görə, Premyer Liqa təmsilçisi yeni baş məşqçi tapılanadək komandanı veteran futbolçuya etibar etməyi düşünür.
Klub rəhbərliyinin əsas hədəfi isə Luis Enrike və ya Yulian Nagelsmandır.
Qeyd edək ki, Frenk Lempard 2019-2021-ci illərdə "Çelsi"yə rəhbərlik edib. Onun son klubu "Everton" olub.
Oxşar xəbərlər
Acun Premyer Liqadan klub alır
Türkiyənin məşhur prodüseri, TV8 kanalının sahibi Acun Ilıcalı daha bir futbol klubu alır. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun hədəfi İrla...