Dieqo Kostanın yeni klubu məlum oldu - VİDEO

Dieqo Kostanın yeni klubu məlum oldu - VİDEO
Video
Siyasət 66

İngiltərənin “Vulverhempton” klubu Dieqo Kosta ilə müqavilə imzaladığını açıqlayıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, “Qurdlar” 33 yaşlı hücumçu ilə mövsümün sonuna qədər razılaşıb.

Qeyd edək ki, Kosta əvvəllər Premyer Liqada çıxış edib. O, 2014-2017-ci illərdə “Çelsi”də top qovub və London klubu ilə iki dəfə çempion olub.

Hücumçu bu ilin yanvarında “Atletiko”dan (Mineyro) ayrıldıqdan sonra altı aydan çox azad agent statusunda qalıb.

Son xəbərlər