Lavrovdan jurnalistlərə sürpriz qonaqlıq - FOTO

Lavrovdan jurnalistlərə sürpriz qonaqlıq - FOTO
Siyasət 1338

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Cenevrə apardığı 14 saatlıq danışıqlardan sonra jurnalistləri araq və pizzaya qonaq edib.

BAKU.WS xəbər verir ki, əvvəlcə Lavrov pendirli pizza gətirərək Amerika nümayəndə heyətinin hədiyyəsi olduğunu bildirib. 10 dəqiqə sonra isə "kim araq istəyir”, - deyə paketdən Rusiya nümayəndə heyətinin hədiyyəsi olan iki şüşə araq çıxarıb.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Con kerri ilə Suriya münaqişəsinin həllinə dair apardığı danışıqlar 14 satdan çox davam edib. Rusiya və ABŞ arasında Suriya böhranı ilə bağlı beş sənəd imzalanıb. 

Sentyabrın 12-dən qüvvəyə minəcək razılaşmaya əsasən Suriyada atəşkəs rejimi bir həftə ərzində tam qüvvəyə minməlidir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər