Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Van İ Bakıda keçirilən görüş zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) bildirib.
Nazirlər ikitərəfli münasibətləri və beynəlxalq gündəliyi müzakirə ediblər.
Həmçinin onlar ABŞ ilə münasibətləri, Rusiya-Ukrayna və İran münaqişələri ətrafındakı vəziyyəti nəzərdən keçiriblər.
Xatırladaq ki, AQEM-in VII sammiti oktyabrın 15-də təşkilatın üzv dövlətlərinin nümayəndələrinin iştirakı ilə Bakıda keçiriləcək.
Oxşar xəbərlər
Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb
Ermənistan parlamentindəki müxalifət Azərbaycanla sülhün əldə olunması yolunda son maneədir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş n...