Latviyanın eks-prezidenti: "Heydər Əliyevin diplomatik bacarığı var idi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Enerji ehtiyatları ilə zəngin olan Azərbaycanda müstəqil respublika yaratmaq üçün Heydər Əliyevin malik olduğu xüsusi diplomatik bacarıqlara ehtiyac var idi".
"Report" xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
O qeyd etdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın 30 il ərzində necə inkişaf etdiyini görsə, qürur duyardı.
Sabiq dövlət başçısı xatırladıb ki, bir çox ölkələr kimi Azərbaycan da Birinci Dünya müharibəsi başa çatdıqdan sonra müstəqil dövlət yaradıb. Lakin təəssüflər olsun ki, bu dövlətlər uzun sürmədilər və SSRİ-nin tərkibinə daxil oldular.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...