Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından iki il ötür.
BAKU.WS xəbər verir ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.
Prezident İlham Əliyevin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası deməkdir.
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...