KİV: Əfqanıstan prezidenti yaxın bir neçə saat ərzində istefa verəcək

KİV: Əfqanıstan prezidenti yaxın bir neçə saat ərzində istefa verəcək
Siyasət 803

Əfqanıstan Prezidenti Əşrəf Qani yaxın bir neçə saat ərzində istefa verəcək.

BAKU.WS APA-ya istinadən bildirir ki, bu barədə “Al Arabiya telekanalı” məlumat yayıb.

Bildirilir ki, prezidentin bir neçə saat ərzində istefa verəcəyi və müvəqqəti hökumətin qurulacağı barədə məlumatlar var.

Telekanalın məlumatına görə, hakimiyyətin indiki Əfqanıstan hakimiyyətindən keçid administrasiyasına keçməsi bu gün ölkənin paytaxtındakı prezident sarayında baş tutacaq.

Bir müddət əvvəl isə Əfqanıstanın daxili işlər naziri vəzifəsini icra edən Abdul Sattar Mirzakval “Tolo News” telekanalının efirində "Kabilə hücum edilməyəcək, hakimiyyətin ötürülməsi sülh yolu ilə baş tutacaq" deyib.

Oxşar xəbərlər

Əfqanıstan DİN: "Hakimiyyət “Taliban”a dinc yolla veriləcək" - YENİLƏNİB

Əfqanıstan DİN: "Hakimiyyət “Taliban”a dinc yolla veriləcək" - YENİLƏNİB

Əfqanıstanda hakimiyyət radikal “Taliban” hərəkatına dinc yolla veriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın daxili işlər nazir...

690 Siyasət 13:21 15 avqust 2021

Son xəbərlər