Bu ölkədə iki prezident eyni vaxtda and içib - VİDEO
Əfqanıstanın paytaxtı Kabil şəhərində iki prezidentin andiçmə mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə “Tolo News" kanalı məlumat yayıb.
Məlumata görə, hazırkı prezident Əşrəf Qəni və baş nazir Abdullah Abdullah 2019-cu ilin sentyabrında keçirilmiş prezident seçkilərinin qalibi kimi özünü ictimaiyyətə təqdim edib.
Hər iki siyasətçi andiçmə mərasimi keçirərək özünü dövlət başçısı elan edib.
Əşrəf Qəninin andiçmə mərasiminə ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad, ABŞ-ın müvəqqəti işlər vəkili Ross Uilson və ABŞ və NATO qüvvələri komandanı general Austin Scott Miller qatılıblar.
Abdullah Abdullahın isə andiçmə mərasimi iqamətgahının yerləşdiyi Sapedar sarayında baş tutub.
Oxşar xəbərlər
Əfqanıstanda siyasi liderlərin olduğu mərasimə bombalı hücum - 27 ölü, 29 yaralı – VİDEO (YENİLƏNİB)
***15:20*** BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, hadisə zamanı 27 nəfər ölüb, 29 nəfər isə yaralanıb. Ölkənin baş naziri Abdullah Abdullah da mərasimd...