“Kurtlar Vadisi”nin “Tombalacı Mehmet”i öldü - FOTO
01
sen
2020
11:11
"Kurtlar Vadisi" serialında “Tombalacı Mehmet” obrazı ilə tanınan Haldun Boysan dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, məşhur aktyor infarktdan ölüb.
Haldun Boysanın serial çəkilişindən sonra qaldığı oteldə vəziyyətinin pisləşdiyi bildirilib.
Serial işçilərinin xəbərdarlığı ilə aktyor təcili olaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
1958-ci ildə Ankarada dünyaya gələn Boysan 62 yaşında həyata gözlərini yumub.
Qalereya
Oxşar xəbərlər
Belarus Rusiyanın “Vaqner” qrupunun 32 döyüşçüsünü saxladı - SİYAHI
Dünən gecə Minsk yaxınlığında Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları "Vaqner" xarici özəl hərbi şirkətin 32 hərbçisini saxlayıb. BAKU.WS xəbər verir...