Kurskda "Abrams" tankı vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya hərbçiləri Kursk istiqamətində ABŞ istehsalı olan “Abrams” tankını sıradan çıxarıblar.
Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandiri general-mayor Aptı Alaudinov bildirib.
"Cəbhədə hələ ki, hər şey yaxşıdır və nəzarət altındadır. Qarşı tərəf bu gün fəal döyüş əməliyyatlarına başlamayıb, lakin biz pikaplar və "Abrams" tankı da daxil olmaqla, ondan çox texnikanı sıradan çıxarmışıq. Bundan başqa, müxtəlif kalibrli bir neçə artilleriya qurğusunu və bir neçə idarəetmə məntəqəsini də vurmuşuq. Bu səbəbdən bizim cəbhə xəttində işlər çox yaxşı gedir", - deyə general mayor əlavə edib.
Oxşar xəbərlər
"Axmat" dəstəsinin generalı Kurskdakı vəziyyəti AÇIQLADI
Hazırda Kursk yaxınlığındakı vəziyyət nəzarət altındadır. Bu barədə "Axmat" dəstəsinin komandiri, general-mayor Apti Alaudinov "Rossiya 1" telekanalında efir z...