Kurort şəhərində silahlı insident: 7 nəfər öldü

Kurort şəhərində silahlı insident: 7 nəfər öldü
Siyasət 189

Meksikada silahlı şəxslər akvaparka girərək 7 nəfəri güllələyiblər.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir, hadisə Quanajuato əyalətindəki Kortazar kurort şəhərində baş verib.

Nəticədə 7 yaşlı uşaq, 3 qadın və 3 kişi ölüb, 1 nəfər isə ağır yaralanıb.

Qeyd olunur ki, silahlı şəxslər akvaparkda ziyarətçi qruplarından yalnız birinə atəş açıb, daha sonra müşahidə kamerasını sıradan çıxararaq hadisə yerindən qaçıblar.

İnsedent zamanı ağır yaralanan şəxs hospitala çatdırılıb.

Kortazar şəhərinin polis departamenti ətrafda olan təhlükəsizlik kameralarının görüntülərini araşdırır. Naməlum terrorçunun yaxalanması üçün bölgədə əməliyyat tədbirləri həyata keçirilir.

Son xəbərlər