Narkotacirlər savaşlarında 60 min insan itkin düşüb - Meksikada dəhştli statistika

Narkotacirlər savaşlarında 60 min insan itkin düşüb - Meksikada dəhştli statistika
Siyasət 246

Dünya üzrə narkotik satışının böyük hissəsini təmin edən və ən çox narkotacirin olduğu ölkələrdən biri olan Meksikada 2006-cı ildən bəri qeydə alınan dəhşətli statistika açıqlanıb.

BAKU.WS “Sabah” qəzetinə istinadən xəbər verir ki, həmn ildən bu günə qədər nakotacirlər arasındakı qarşıdurmalarda 60 mindən çox insan itkin düşüb.

Onların 53 faizi 15-35 yaş aralığından olanlardır. Bundan başqa, itkin düşənləri 74 faizi kişi, 26 faizi qadındır.

Məlumata görə, ötən il Meksikada 31 min insan öldürülüb.

Qeyd edək ki, Meksikada 2006-cı ildən etibarən narkotacirlərə qarşı genişmiqyaslı mübarizə aparılır.

Son xəbərlər