Krımda kollecə silahlı hücum - 19 ölü, 50 yaralı - VİDEO

Krımda kollecə silahlı hücum - 19 ölü, 50 yaralı - VİDEO
Video
Siyasət 2295
Krımın Kerçi şəhərində politexnik kollecdə partlayış baş verib. Nəticədə 19 nəfər ölüb, 50-yə yaxın şəxs yaralanıb.BAKU.WS BBC-yə istinadən xəbər verir ki, insident təlim zamanı baş verib. Təlim zamanı bomba partladığı bildirilir. Tələbələrin BBC-yə verdiyi məlumata görə, partlayışdan əvvəl atəş səsləri eşidilib. Kollecin direktoru Olqa Qrebennikova da təsdiq edib ki, bir neçə silahlı şəxs binaya hücum edərək ikinci mərtəbədə qarşıklarına keçən hər kəsi öldürüblər. Digər şahidlər isə bir nəfərin hücum etdiyini bildirib. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər