Koronavirusa yoluxanların əsl sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Honq Konq Universitetinin alimləri koronavirusa yoluxan insanların dəqiq sayı barədə açıqlama verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, araşdırmaçıların hesablamalarına görə, 2020-ci il yanvarın 25-nə kimi infeksiyaya yoluxanların sayı 75815 nəfər olub. Bu isə rəsmi rəqəmlərdən 10 dəfə artıqdır.
Virusun yayılması ilə bağlı real mənzərə nəzəri modelləşmə əsasında alınıb. Təsdiqlənmiş halların rəsmi saylarla uyğun gəlməməsi bir neçə amillə, o cümlədən yoluxma və ilkin simptomlar arasında gecikmə, həmçinin laborator analizlərlə 2019nCov-un orqanizmdə olmasının təsdiqlənməsi üçün lazım olan vaxtla izah olunur.
Tədqiqatların nəticələrinə görə, dekabr ayında virusla infeksiyalanmış hər bir insan iki-üç nəfəri yoluxdura bilərdi. Xəstələrin sayı hər 6,4 gündən sonra iki dəfə artıb.
Lakin hesablamalar doğru olarsa, bu, o deməkdir ki, 2019-nCov-dan ölüm səviyyəsi ehtimal olunandan da azdır və bir faizdən də az təşkil edir
Nəşrdə vurğulanır ki, mövsümi qripdən hər il 290000-650000 arası insan həyatını itirir.
Oxşar xəbərlər
Çində koronavirusa yoluxanların sayı 14 mini, ölənləri sayı isə 300-ü ötüb
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 14 min 411 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb. B...